Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi, Sudandakı qarşıdurmalar səbəbindən 800 mindən çox insanın qonşu ölkələrə qaça biləcəyi ehtimalına hazırlaşdıqlarını açıqlayıb.
Sitat.info xəbər verir ki, Qrandi Twitter hesabındakı paylaşımında aprelin 15-dən bəri Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri (ÇDQ) arasında baş verən qarşıdurmaların humanitar nəticələrini dəyərləndirib.
"BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı hökumətlər və tərəfdaşlarla birlikdə Sudandakı münaqişə səbəbindən 800 mindən çox insanın qonşu ölkələrə qaça bilməsi ehtimalına hazırlaşır. Ümid edirəm ki, vəziyyət bu nöqtəyə gəlməz, lakin zorakılıq dayanmasa, daha çox insanın təhlükəsizlik axtarışı səbəbi ilə Sudanı tərk etməyə məcbur olduğunun şahidi olacağıq”, - Qrandi bildirib.
Seymur Bənnayev
Sitat.info