"Bu millətin uzaqgörənliyinə güvənirik. Allah qismət edəcək, Rəcəb Tayyib Ərdoğan iyulun 15-də yenidən prezident olacaq. Bu millət Kamala "bay-bay" deyəcək".
Sitat.info xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Türkiyə Daxili işlər naziri Süleyman Soylu deyib.
CHP sədri Kılıçdaroğlunu tənqid edən nazir Soylu deyib: "Kamal Kılıçdaroğluna 3 qoyun versəz, itirərmi? İtirər! Qoyunların ruhu var bilirsiniz, onlar itsə də axşam geri qayıdar, amma "Bay-bay Kamal" evinin yolunu itirər, tapa bilməz. Qoyunlar yolunu tapar, "Bay-bay Kamal" tapa bilməz. O yolunu harada tapar bilirsiz? O yolunu Amerikadakı "hamburger" dükanlarında tapar. Avropadakı, İngiltərədəki faiz bakirlərində tapar".
Seymur Bənnayev
Sitat.info