"Amerika Birləşmiş Ştatları dekabrdan bəri Rusiyanın Baxmutda 100 min itki verdiyini təxmin edir".
Sitat.info xəbər verir ki, bu sözləri ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Jurnalistlərin suallarını cavablandırarkən deyib.
Kirbi bildirib ki, öldürülənlərin təxminən yarısı Vaqner muzdlu dəstəsində işləyir və dəstə üzvləri əsasən həbsxanadan işə götürülən keçmiş məhkumlardır. Kirbi məlumatların "müəyyən müddət ərzində yoxlaya bildiyimiz bəzi məlumatlara və kəşfiyyata" əsaslandığını söyləyib.
Qeyd edək ki, Kirbi Ukraynanın itkilərini açıqlamaqdan imtina edib və "bu mövzuda danışmaq onların öz işidir" deyib.
Seymur Bənnayev
Sitat.info