Ermənistan prosesdən çəkilir: Qondarma rejimin və İrəvanın xain planı...

17:05 2 May 2023

"Mənə elə gəlir ki, Xankəndidəki qondarma rejimin son 48 saatdakı bəyanatları onu sübut edir ki, Ermənistana heç bir müraciət yoxdur. Sanki Ermənistandan əllərini üzüblər. Ermənistan rəhbərliyi də Qarabağ yükünü öz çiyinlərindən atmağı düşünür. Və bunun yolunda addımlamağa çalışır. Amma təbii ki,. Ermənistan rəhbərliyi də səmimi deyil. Hər iki tərəf bu yükü çiyinlərindən atmaqla bu yükün Rusiyanın üstlənməsinə çalışırlar". 

Bu sözləri Sitat.info-ya açıqlamasında Real Partiyasının icraçı katibi Natiq Cəfərli deyib.

Natiq Cəfərli bu proseslərin  müsbət və mənfi cəhətlərini belə izah edib: "Bunun müsbət və mənfi tərəfləri var. Müsbət tərəfləri odur ki, Ermənistan prosesdən çəkilir. Mənfi tərəfi isə odur ki, Rusiya davranışı ilə qondarma rejimin tanımasını davam etdirir. Sülhməramlıların rəhbərinin dəyişdirilməsi bunu bir daha sübut elədi. Qondarma rejimin rəhbəri ilə  qondarma bayraq altında görüş keçirilməsi bunu bir daha sübut edir ki, Rusiya bu məsələdə tərəf olmağa çalışır. Qarabağdakı, Azərbaycandakı mövcudiyyətini artırmağa, "genoisid"in  qarşısının alınması üçün, erməni əhalisini qorumaq üçün, erməni əhalisinin tələbi ilə və sair bəhanələrlə orada uzun müddət qalmağa çalışır. Açıq demək lazımdır, faktiki olaraq de-yure olmasa da, de-fakto  qondarma rejimi tanıyırlar".

Məğrur, 
Sitat.info



Xəbər xətti