Rusiya Ordusu Dnepr hava limanına iki raket zərbəsi endirib.
APA CNN-ə istinadən xəbər verir ki, bu barədə Dnepropetrovsk regional administrasiyasının rəhbəri Valentin Rezniçenko “Facebook” hesabındakı paylaşımında bildirib.
O qeyd edib ki, zərbə nəticəsində hava limanının uçuş-enmə zolağı yararsız hala düşüb və terminal binası zədələnib.
Valentin Rezniçenko zərərin miqyasının böyük olduğunu və aradan qaldırılması üçün uzun vaxt lazım olacağını qeyd edib.