Hafiz Hacıyev Misir Mərdanovun atasına rəhmət oxudu: Emin Əmrullayevlə bağlı görün nələr dedi...

13:05 3 May 2023

"Təhsildən xəbəri olmayan şəxsləri təhsilin başına qoymaq olmaz. Təhsilin başında duran adam elə bilir ki, hər şeyi bilir, amma bilmir ki, təhsildən anlayışı yoxdur. Belə bir adamı təhsilin başına qoyublar. Ona görə də təhsil bu vəziyyətə düşüb. Əgər şagird repetitor yanına gedəcəksə, orta məktəblər kimə lazımdır? Bu təhsili öldürmək deməkdir". 

Bu sözləri Sitat.info-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

"Dəfələrlə demişəm ki, təhsildən xəbəri olmayan adamları təhsilin başına gətirib qoymaq olmaz.Təhsili öldürmək dövlətin çöküşü, gələcəyimizi batırmaq deməkdir. Təhsil Nazirliyinin işindən razı deyiləm. Təhsili bu vəziyyətə salıblarsa, hər halda ondan razı olmaq olmaz. Ona görə də, savadsızlıq baş alıb gedir".

Hafiz Hacıyev keçmiş təhsil naziri Misir Mərdanov barədə də fikirlər səsləndirib: "Misir Mərdanovun atasına min rəhmət. Heç olmasa o təhsilin nə olduğunu bilirdi. Hazırki nazir təhsili tamamilə batırdı. Misir Mərdanov orta məktəbin, ali məktəbin, professorun, elmlər namizədinin nə olduğunu bilirdi. Bunun isə heç birindən xəbəri yoxdur".

Səslənən fikirlərə görə qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Məğrur,

Sitat.info



Xəbər xətti