*E117 YOLU - Rusiyanın Mineralnıye Vodı şəhərindən Gürcüstan Hərbi Yolu ilə Gürcüstanın paytaxtı Tbilisiyə, Ermənistanın paytaxtı İrəvandan keçərək İranla sərhəddəki Meqriyə qalxır. O, cəmi 1050 km (650 mil) məsafəni qət edir. Avropa marşrutu E 117 Avropada bir sıra əsas yollar olan Beynəlxalq E-yol şəbəkəsinin bir hissəsidir. H10 YOLU - İSƏ İrəvana keçən avtomobil və Naxçıvanla sərhəd Arazboyu zonada keçən dəmir yoludur".
Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.
Onun sözlərinə görə, burada önəmli məqam həmin yolun hazırda erməni işğalında olan Azərbaycan torpaqlarından keçməsidir: "Bu iki ölkə və beynəlxalq əhəmiyyətli yol bilirsiniz hardan keçir? Kərki kəndindən. Azərbaycan bu kəndi geri almalıdır. Hətta hərbi mövqe baxımından əlverişsiz olacaqsa belə, Kərki müharibəsinə başlamaq lazımdır. Bu yol Ermənistanın canıdır".
Məğrur,
Sitat.info