"Məscidə imam təyin olunan şəxs dini cameədə nüfuza malik olmalıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bir kağıza möhür vurmasıyla həmin şəxs imam olmur. İmam olan şəxsin arxasında duran yoxdursa, onun sözünün kəsəri yoxdursa, qəbul olunmursa, o imam deyil. Hələ Mübariz Qurbanlı kimi birinin özbaşına qərar verməsi isə bir başqa məsələdir".
Sitat.info xəbər verir ki, bu sözləri Ağ Partiya başqanı Tural Abbaslı Sitat Tv-nin efirində deyib.
O bildirib ki, bu məsələdə dövlət orta xətti tapmalıdır: "Həm vətənə, millətə bağlılıq nəzərə alınmalıdır, həm də dindar kəsim arasında nüfuza malik olan şəxs təyin olunmalıdır. Deputat Ceyhun Məmmədov da bu məsələyə münasibət bildirib, o da etiraz edib. Ceyhun müəllim kifayət qədər bu sahədə təcrübəli biridir. Düşünürəm ki, həm Məşədi Dadaş Məscidi icması, həm Dini Komitə, həm də elə Ceyhun müəllimin də iştirakı ilə çay süfrəsi axasında müzakirə aparmalıdırlar. İmam təyinatına bir daha baxılmalıdır".
Tural Abbaslının həmin çıxışını təqdim edirik: