Şoyqunun Putinə göndərdiyi GİZLİ MƏKTUB ORTAYA ÇIXDI - FOTO

18:30 15 Mart 2022

Rusiya Prezidenti Vladimir Putin və Rusiyanın Müdafiə naziri Sergey Şoyqu Ukrayna meşələrini qırıb satmağı planlaşdırır.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.

Məlumatda Sergey Şoyqunun şəxsən Putinə ünvanladığı “Müdafiə torpaqlarında meşələrin qırılmasının mümkünlüyü haqqında” məktubu əks olunub. Bundan aydın olur ki, Rusiya Ukrayna meşələrinin kütləvi şəkildə qırılmasını planlaşdırır.

Sənəd Ukrayna “meşələrinin, ağaclarının, kollarının və yaşıllıqlarının” ümumi kəsilməsi üçün icazə almaq məqsədi daşıyır. Torpaqların mülkiyyət formasından və kateqoriyasından asılı olmayaraq istənilən intensivlikdə və istənilən yaşda ağac kəsmələri nəzərdə tutulur.

Eyni zamanda məktubda bildirilir ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin ehtiyacları üçün istifadə olunmayan taxta-şalban satılacaq, alınan vəsait isə ordunun dəstəklənməsinə yönəldiləcək. Axırıncı dəfə Ukrayna ərazisində belə bir hadisə faşist işğalı zamanı baş verib. İşğalçılar maddi və təbii sərvətləri dağıdıb xaricə aparıblar.

Qeyd olunur ki, bu gün istisnasız olaraq müvəqqəti işğal olunmuş ərazilərdəki bütün meşələr ən yüksək risk zonasındadır. Yaşıllıqların tamamilə qırılması Rusiyanın daha bir dəhşətli cinayəti və ekosididir”.



Xəbər xətti