"İranla münasibətlər gərginləşməkdə davam edəcək" - Sərdar Cəlaloğlu

15:23 5 May 2023

"Əslində Tehrandakı Azərbaycan səfirliyində terror aktının törədilməsi Azərbaycan- İran arasındakı diplomatik münasibətlərin aşağı səviyyəyə enməsinə səbəb olub.

Azərbaycan səfirliyin əməkdaşlarını oradan çıxarıb. Yalnız Təbrizdə olan konsulluq vasitəsi ilə İranla müəyyən əlaqələr qurur. İranın dörd Azərbaycan diplomatını ölkədən çıxarması da çox güman ki, qarşılığında Azərbaycan da İran diplomatılarını çıxaracaqdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. 

Onun fikrincə, İranın son addımı anlaşılan deyil: "Məlumdur ki, bundan qabaq da Azərbaycan İran diplomatlarını çıxarmışdı. Bir tərəfdən İran Azərbaycanla münasibətlərin yoluna qoyulması üçün İlham Əliyeva zəng edirlər, məktub göndərirlər. Digər tərəfdən də münasibləti gərginləşdirmək istiqamətində addımlar atırlar".

"Bu da İranda hakimiyyətin parçalanması, ikihakimiyyətliliyin mövcud olması ilə bağlıdır. Hakimiyyətfə olan bir tərəf istəyir ki, Azərbaycanla münasibətlər yaxşı olsun, digər tərəf isə bu münasibətləri ardıcıl olaraq, pozmaqda maraqlıdır.

Faktiki olaraq, bundan sopnra iki ölkə arasında münasibətlər gərginləşməkdə davam edəcək. İran Azərbaycan müansibətlərinin dərin tarixi kökləri də var. Ancaq çağdaş dövümüzdə gedən proseslər  Azərbaycanın İsrail ilə, Avropa ilə çox ciddi  əlaqələr qurması, Türkkyə ilə səx hərbi ittifaq yaratması, NATO ilə əməkdaşlıq və sairə bunlar hamısı İranın dövlər marağına uyğun olmadıqda İran da Azərbnaycana qarşı hər addımda düşmənşilik siyasəti aparır", - Sərdar Cəlaloğlu qeyd edib.

Məğrur

Sitat.info



Xəbər xətti