"İnam Kərimovun qəbulunda olacam. Ali məhkəmənin sədrinə sual verəcəm ki, "Tərtər işi" ilə bağlı ədalətsiz qərar çıxaran hakimlərin aqibəti necə olacaq?".
Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.
O bildirib ki, "Tərtər işi" ilə bağlı prokurorluq saxtakarlıq edirdi, Azərbaycan qanunlarına sayğısız yanaşırdı:
"Bu ayın 8-də Ali Məhkəmənin sədrinin qəbulu olacaq. İnam Kərimovun qəbul günüdür. Onun olmasa olmasa belə, müavinlərindən birinin qəbuluna girəcəm", - Üzeyir Cəfərov qeyd edib.
Məğrur
Sitat.info