"Rusiyanın hərəkətlərində son zamanlar təəccübləndirici məqamlar kifayət qədərdir. Son zamanlar Rusiya təhdid formasında sülhün mütləq Rusiyanın vasitəçiliyi ilə, Moskvada davam etdirilməsinə yönəlik fikirlər yaymaqdadır. Qeyd edirlər ki, guya atəşkəsi bunlar yaradıblar. Atəşkəsi yaratdın, buna görə 30 minlik erməni qoşununu mühasirəyə düşməkdən xilas etdin. O zaman biz Ermənistanın canı olan əsas qoşun hissələrini mühasirəyə alıb bir hissəsini məhv edib, bir hissəsini əsir götürsəydik və sizdə kənardan qalıb bu işlərə müdaxilə etməsəydiniz, hal-hazırda Azərbaycan yüksək yerlərdə idi".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O vurğulayıb ki, biz indi Ermənistanın kapitulyasiya deyilən şeyi sözün həqiqi mənasında həyata keçirmişdik: "O zaman Xankəndində cəmi 4 erməni var idi. Xankəndi bizim nəzarətimizə keçmişdi və biz ərazi bütövlüyünü birdəfəlik həll edirdik. Sən guya atəşkəs elan edib, qırğının olmasını dayandırdın. Amma son nəticələrə gəlməkdə mane olmağa davam edirsən. Deyirsən ki, Qarabağ məsələsinin həllini gələcək nəsillərə saxlayaq. Bura sənin torpağın deyil. Öz ölkəndə160 millətin nümayəndəsi yaşıyır, onlar hamısı ayaqüstədir. Onlar ayrılıb ayrı dövlətlərini qurmaq istəyir, onların problemləri ilə məşğul ol. Çoxu da pis vəziyyətdədir. Mədəniyyətləri, dilləri və milli kimlikləri ayaq altındadır. Niyə gəlib sən burda 18 min erməninin təssübünü çəkmək istəyirsən. Bu ermənini 200 il əvvəl sən gətirmisən. Onlar burda yaşamayıblar. Heç Qərbi Azərbaycan olan erməni ərazisində də yox idilər. Tarixi sənədlərə müraciət etsək hamısını görərik".
Səid İsaoğlu,
Sitat.info