Keçən il 9 may ərəfəsində də biz bu barədə danışırdıq ki, Putin bu qələbə paradında əldə etdikləri ilə kifayətlənəcək, xüsusi əməliyyat dediyi müharibəni dayandıracaq. Gördüyünüz kimi dayandırmadı. Mən inanmıram ki, sabah da mesaj versin ki mən xüsusi əməliyyatı bitmiş hesab edirəm və müharibəni dayandırıram".
Bu sözləri Sitat.info-ya açıqlamasında təhlükəsizlik eksperti İlham İsmayıl deyib.
O vurğulayıb ki, Rusiya müharibəni dayandırsa belə Ukrayna dayandırmayacaq: "Ona görə də sabah müharibənin dayandırılması barədə qərar olmayacaq. O da mümkün deyil ki, Putin öz sərhədlərinə geri çəkildiyini açıqlasın. Hər halda Putin çox pis vəziyyətdədir. Vaqner rəhbəri Priqojinin çıxışı, ardınca Kreml günbəzinə hücum, sanksiyaların getdikcə artması və sair... Təsəvvür edin ki, böyük bir hissənin silah-sursatının təminatında bir problem yaranırsa, 2000 km-lik cəbhə xəttinə çatdırmaq Rusiyanın özü üçündə çətindir".
İ.İsmayıl vurğulayıb ki, Putin geri çəkilən deyil: "Sabah da çalışacaq ki, özünü güclü göstərsin, xüsusilə nüvə raketlərini nümayiş etdirsin. Putin görüntüyə və simvollara fikir verən adamdır. Putin həmin göstərisini davam etdirəcək və deyəcək ki, Rusiya öz istəyinə çatacaq və qalib olacaq, qoy bu barədə ABŞ və Avropa fikirləşsin. İçəridəki problemlərinə baxmayaraq görüntüsü əvvəlki görüntülərdən ibarət olacaq. Mən inanmıram ki, başqası onun yerinə çıxsın. Elə özü çıxacaq, sadəcə böyük təhlükəsizlik tədbirləri görəcək".
Səid İsaoğlu,
Sitat.info