"Lentsov bizimlə separatçıların vəkili kimi danışa bilməz" - Siyasi şərhçi

17:35 8 May 2023

"Lentsovun gəlişindən müsbət nəticə gözləməməliyik. Sadəcə olaraq rotasiya qaydası dəyişilib. İlk növbədə Lentsovun Bakıya gəlib görüşlər keçirməsi, həmçinin seperatçılarla görüşlər keçirməsində tələbləri ondan ibarətdir ki, NBM Laçın yolundan götürülsün.  Rusiya sülhməramlıları da Azərbaycandan tələb edirlər ki, nəzarət buraxılış məntəqəsində  Rusiya hərbiçləri də iştirak etsinlər. Əlbəttə ki, Azərbaycan buna qəti şəkildə imkan yarada, razılaşa bilməz".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. 

M.Əsədullazadə qeyd edib ki, onların separatçılarla görüşü necə keçirilirsə keçirilsin, bizim üçün heç bir əhəmiyyəti yoxdur: "Lentsovun da Bakıya gəlişində sadəcə olaraq biz ondan tələb etməliyik ki, reinteqrasiya prosesinə  dəstək versin. Separatçılara dəstək verməsin. Lentsovun Bakıya ikinci gəlişində danışacağı mövzunun bizim üçün heç bir xüsusi əhəmiyyəti yoxdur. Antiterror əməliyyatlarına gəldikdə isə, mütləq şəkildə bu həyata keçirilməlidir. Çünki bunu biz həyata keçirməsək, qanunsuz silahlı erməni birləşmələrinin varlığı bir müddət qala bilər. 3-4 gün ola bilər ki, bu əməliyyat mütləq şəkildə həyata keçirilsin".

Siyasi şərhçinin fikrincə, Lentsovun Bakıya gəlməsində əsl məqsəd  Azərbaycanın antiterror əməliyyatlarının qarşısını almaqdır: "Əlbəttə ki, Azərbaycan Lentsovun dediklərini qəbul etməyəcək. Bizim əsas prinsipimiz, strategiyamız ondan ibarətdir ki, qanunsuz silahlı erməni birləşmələri ləğv edilsin və Xankəndi nəzarətimizi bərpa edək. Yox Lentsov orada separatizimə dəstək verəcəksə, onlarla görüşüb müzakirələr aparıb, təkliflərini bizə gətirəcəksə, ümumiyyətlə Azərbaycan onu Bakıya buraxmamalı və buradan götürülməsini Rusiyadan tələb etməlidir. O, gəlib separatçıların vəkili kimi bizimlə danışa bilməz".

M.Əsədullazadə konkret olaraq biz görürük ki, polkovnik Lentsov siyasi danışıqlar aparır, öz missiyasından kənara çıxaraq, reinteqrasiya prosesi əvəzinə, separatçıların vəkili kimi bizə onların tələblərini gətirir: "Yəni, bizə belə danışıqlar lazım deyil. Bəli, Azərbaycan üçüncü tərəfin iştirakı olmadan, erməni  icması ilə danışıqlara hazırdır. Əgər Rusiya bu prosesdə olacaqsa əlbəttə ki, danışıqlar baş tutmayacaq, müsbət nəticə olmayacaq".

Ayna Fərhad,

Sitat.info



Xəbər xətti