Hindistanda avtobus sürücüsü idarəetməni itirdikdən sonra körpüdən çay yatağına uçub. Hadisə nəticəsində 22 nəfər ölüb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Hindistanda avtobus sürücüsünün sükanı itirməsi fəlakətə səbəb olub.
Hindistanın Xarqone bölgəsindəki Doqarqon kəndində səhər saatlarında avtobus sürücüsü körpüdən keçərkən sürət həddini aşaraq idarəetməni itirib.
Təxminən 50 sərnişinin olduğu bildirilən avtobus körpüdən çay yatağına düşüb. Qəza nəticəsində 3-ü uşaq olmaqla 22 nəfər ölüb. Ölənlər arasında sürücünün də olduğu bildirilib.
Hadisə yerinə polis qrupları sövq edilib, yaralı xəstəxanaya aparılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Hindistanın baş naziri Narendra Modi qəza ilə bağlı dərin hüznünü ifadə edib və başsağlığı verib.
Səid,
Sitat.info