SON DƏQİQƏ! Bakıda betonqarışdıran minik maşınının üstünə aşdı

14:13 16 Mart 2022

Bakıda ağır yol-nəqliyyat hadisəsi olub.

Musavat.com Lent.az-a istinadən xəbər verir ki. hadisə bir neçə dəqiqə əvvəl paytaxtın Suraxanı rayonu aeroport yolunda qeydə alınıb. İlkin məlumata əsasən, betonqarışdıran maşın minik maşınının üzərinə aşıb.

Hadisə nəticəsində ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur.



Xəbər xətti