Aeroport yolunda ağır qəza: "KamAZ"la minik avtomobili toqquşdu - VİDEO

16:15 16 Mart 2022

Bu gün hava limanı yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə aeroport yolu, Yeni Ramanı qəsəbəsinin yaxınlığında qeydə alınıb.

Şahidlərin dediyinə əsasən, "Honda" markalı minik avtomobili "KamAZ" markalı yük maşının qarşısından dönərkən qəza baş verib. Qəzada yük maşının sürücüsü yüngül, digəri isə ağır yaralanıb.



Xəbər xətti