Ukraynada Rusiyaya casusluq edən qadın saxlanılıb.
Musavat.com Lent.az-a istinadla bildirir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb. Məlumatda qeyd olunur ki, Xarkovda saxlanılan qadın fevralın 25-dən martın 9-dək messencerdən istifadə edərək Rusiya nümayəndəsinə hərbi texnikanın yeri, Silahlı Qüvvələrin şəxsi heyəti və onların şəhər ətrafında hərəkəti barədə məlumat ötürürmüş.
Məlumata əsasən, Rusiya hərbçilərinin həmin casus qadından aldığı məlumatlar Xarkovun sonradan bombalanması üçün istifadə edilib.