Ermənistanın əlində hansı silahlar var? Alparslan İmamqulu

14:10 12 May 2023

"İrimiqyaslı əməliyyatlar ondan xəbər verir ki, bu hazırlanmış bir təxribatdır. Təxribatlarda Rusiyanın izi görünür. Çünki bu, Ermənistanın təkbaşına qərar verə biləcəyi məsələ deyil. Xüsusuən də iriçaplı silahlardan, toplardan, minanatanlardan söhbət gedirsə..."

Bu sözləri Sitat.info-ya açıqlamasında hərbi ekspert Alparslan İmamqulu deyib. 

Onun sözlərinə görə, təbii ki, Azərbaycan adekvat olaraq cavab verir, gərəkli tədbirlər görür: "Orada strateji yüksəkliklər tamamən Azərbaycanın əlindədir. Düşmənin qruplaşaraq hər hansı bir nöqtədən yarma əməliyyatı icra etməsi mümkün deyil. Təbii ki, şəhidimiz var, yaralımız var. Bundan sonra tədbirlər görmək lazımdır".

Hərbi eskprt qeyd edib ki, antiterror əməliyyatları iki cür olur: "Birinci mərhələdə daxildə antiterror əməliyyatlarının keçirilməsi, yəni ki, lokal əməliyyatlarla lider şəxslərin, qrupların məhv edilməsidir. İkinci mərhələdə isə daxildəki təhlükəsizlik tam təmin olunduqdan sonra artıq şərti sərhədlərin ötəsində antiterror əməliyyatlarının keçirilməsidir".

Alparslan İmamqulu bildirib ki, Ermənistanın əlində bu gün Rusiyadan əldə etdikləri uzaqvruan raketlər var. Bundan əlavə İrandan alınan pilotsuz uçuş aparatlarını, Hindistandan aldıqları raket vasitələrini də qeyd etmək olar. Ancaq bu silahlara qarşı bizim də İsraildən aldığımız silahlar var. Düşmən PUA-larına qarşı İsraildən aldığımız bir sıra silahlar var ki, hava məkanlarının qorunması, hava məkanında hərəkət edən vasitələrin tez və dəqiq vurulması özəllikərinə sahibdir.

Məğrur

Sitat.info



Xəbər xətti