Politoloqdan açıqlama: "Xalq Kılıçdaroğlunun deyil, CHP-nin hakimiyyətə gəlməsi üçün səs verəcək"

18:18 12 May 2023

"Türkiyədə keçiriləcək seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğanın qalib gəlmək şansı yüksək olaraq qalır". 

Bu sözləri Sitat.info-ya açıqlamasında Politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq bildirib ki, bu seçkilər son 20 ildə Türkiyədə keçiriləcək seçkilərin ən səs-küylü və dünyanın diqqətində olan siyasi prosesdir: "Çünki, 20 il ərzində keçirilən seçkilərin favoriti Rəcəb Tayyib Ərdoğan olub. Müxalifət, xüsusilə CHP bu qədər yüksək səviyyədə hazırlıq səviyyəsində olmayıb. Bu seçkiyə Kaml Kılıçdaroğlu, Əkrəm İmamoğlu və Mansur Yavaş kimi İstanbul, Ankara kimi böyük şəhərlərin dəstəyinə malik olan liderlərlə qatılıb. Məhz Kamal Klıçdaroğlu bu iki lider qədər böyük kütləyə malik deyil. Kılıçdaroğlunun CHP sədri olması ona prezidentliyə namizəd iddiasının təmin edilməsi ilə nəticələndi".

Məhəmməd Əsədullazadə qeyd edib ki, Kılıçdaroğlu İstanbul bələdiyyə seçkilərində qalib olacaq yüksək siyasi keyfiyyətlərə malik siyasətçi deyil: "Belə bir namizədin CHP elektoratına, İstanbul və Ankara bələdiyyə sədrlərinə arxalanaraq səs toplaması, ölkə prezidenti olmaq şansı zəifdir. Xalqdan bir kəsim seçkilərdə Kılıçdaroğluna deyil, CHP-nin hakimiyyətə gəlməsi üçün səs verəcək. Amma bu seçkinin əhəmiyyətli şəkildə Kılıçdaroğlunun leyhinə dəyişməsi ilə nəticələnməyəcək".

Politoloq açıqlamasında bildirib ki, prezidentliyə namizəd Məhərrəm İncənin "kasetlə" sıradan çıxarılması şübhələri CHP-yə çəkir. Bu hadisə Kılıçdaroğlunun seçki kampaniyasına mənfi təsir edəcək. Bazar günü keçiriləcək seçkilərdə Ərdoğanın qalib gəlməsi mümkündür.

Ayna Fərhad

Sitat.info



Xəbər xətti