"Xətai rayonu (3-cü və 4-cü kvadrat binaların arası)
20 illik ağacları 20 saniyəyə öldürdülər. Bezdik mübarizə aparmaqdan. Görüntü üçün gətirib qıraqlara ağac əkiblər hələ..."
Bu sözləri jurnalist Orxan Kərimov özünün feysbuk hesabında yazıb.
Fotolar sosial şəbəkələrdə narazılığa səbəb olub, nazir Muxtar Babayevi istefaya səsləyiblər:
"Belə hallar kifayət qədərdir. Ən yaxşı halda Muxtar Babayev istefa verməlidir. Qoruya bilmirsən, çıx get..."
Bildirək ki, sitat.info-ya bu kimi hallarla bağlı tez-tez şikayətlər daxil olur.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Kəsilən ağacın fotolarını təqdim edirik:
Səid,
Sitat.info