"Kılıçdaroğlunun bir şüarı var idi. Bay Kamal gələcək, bahar gələcək. Seçki öncəsi bu şüarı eşidəndə çox narahat oldum. Çünki bir neçə il öncə "Ərəb baharı" oldu. Ərəb baharı deməkr olar ki, bir neçə ölkənin yer üzündən silinməsinə səbəb oldu. Kılıçdaroğlu da Türkiyəyə ərəb baharı gətirilməsi müjdəsini verdi".
Sitat.info xəbər verir ki, bu sözləri Sitat TV-nin canlı efirində ADP sədri Sərdar Cəlaloğlu deyib.
Partiya sədri CHP başqanı Kamal Kılıçdaroğlunun haqqında danışıb, onun siyasi savadının az olmasını dilə gətirib.
O vurğulayıb ki, Kılıçdaroğlu mənşəcə ermənidir: "Bir sözlə bu şüarı Kılıçdaroğlunun türk dövlətlərinə ərəb baharı gətirməsi kimi dəyərləndirdim. Və çox uğursuz bir şüar hesab edirəm.
Onların bir plakatı da var idi ki, ilgəh asmışdılar, guya qalib gələcəyi təqdirdə Ərdoğanı edam edəcəklər. Bunların təcrübəsində var axı..."
Daha ətraflı videodan izləyə bilərsiniz.
Məğrur,
Sitat.info