Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Marneuli rayon şöbəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsidnə 1977-ci il təvəllüdlü V.V. adlı şəxs saxlanılıb.
Report-un yerli bürosu xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Həmin şəxs soyğunçuluq törətdiyinə görə 2002-ci ildən axtarışda olub. O, Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi ərazisində məhkum kimi həbs edilib və cəzaçəkmə müəssisəsinə yerləşdirilib.