ATƏT: Ümumilikdə səslərin sayılması prosesi problemsiz keçdi

13:30 16 May 2023

Türkiyənin dəvəti ilə 392 nəfərlə seçkiləri yerindəcə izləyən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Seçki Monitorinq Missiyası siyahıyaalma prosesindən sonrakı ilk qiymətləndirmələrində prosesin ümumilikdə problemsiz keçdiyini bildirib.

Sitat.info xəbər verir ki, Missiyanın rəhbəri, Norveç səfiri Yan Petersenin iştirakı ilə keçirilən görüşdə seçkilərdə yüksək fəallığın olduğu vurğulanıb. Bunun türk demokratiyası üçün təqdirəlayiq olduğu, lakin zəlzələ bölgəsində fəallığın orta səviyyədən aşağı olduğu qeyd edilib.

Qeyd olunub ki, səsvermə günü ciddi neqativ hal olmayıb və proses xeyli dərəcədə dinc şəraitdə başa çatıb. Seçki baryerinin aşağı salınması müsbət hal kimi qeyd edilsə də, təbliğat-təşviqat kampaniyası zamanı hakim partiyanın xeyrinə olan şəraitin ədalətsiz mühit yaratdığı bildirilib. Heyət üzvlərinin İzmirdən Vana qədər bir çox şəhərdə səsvermə prosesini sərbəst şəkildə izləyə bildiyi, ailə üzvlərinin birlikdə kabinetə daxil olduğu bəzi seçki qutularında məxfiliyin pozulduğu bildirilib.

Nümayəndələr YSK-nın seçki gününü texniki cəhətdən yaxşı idarə etdiyini, lakin şəffaflıq baxımından yaxşılaşdırıla biləcək elementlərin olduğunu və bununla bağlı hesabat hazırlayacaqlarını bildiriblər. Türkiyədə vəzifələrinə martın 29-da başladıqlarını xatırladan rəsmilər, seçkilərdən əvvəl siyasi partiyalarla danışıqlar apardıqlarını və siyahıyaalma prosesində səslərin manipulyasiya edilməsinin çox çətin olduğunu düşündüklərini bildiriblər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti