Dövlət Sosial Müdafiə Fondu respublika üzrə may ayının pensiya ödənişini yekunlaşdırıb.
“Sitat.info” Fonda istinadən xəbər verir ki, mayın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkənin bölgələrində yaşayan şəxslərin may ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.