İranda edamların son statistikası açıqlandı

14:09 16 May 2023

2023-cü ildə (may ayının 15-ə kimi) İran həbsxanalarında 245 nəfər edam edilib.

Sitat.info xəbər verir ki, bu barədə İnsan Haqları Təşkilatlarının son hesabatında bildirilib.

Hesabatda edam edilənlərin 9-nun siyasi baxışlarına görə həbs edildiyi bildirilib.

Edam edilənlər arasında 5 qadın və 5 xarici vətəndaşın da adı qeyd olunub.

Qeyd edək ki, mayın 16-da İran həbsxanalarında daha 4 məhkum edam edilib./ Axar.az



Xəbər xətti