Rusiya: "Kiyevdə ABŞ istehsalı olan Patriot sistemini hipersəsli "Kinjal" raketi ilə vurduq"

15:38 16 May 2023

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov hipersəsli “Kinjal” raketi ilə Ukraynanın paytaxtı Kiyevdə ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemini vurduqlarını bildirib.

Sitat.info xəbər verir ki, Konaşenkov paytaxt Moskvada Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.

Ukrayna ordusunun hərbi mərkəzlərinə, Qərb ölkələrinin Ukraynaya göndərdiyi sursat, silah və hərbi maşın anbarlarına uzun mənzilli yüksək dəqiqlikli silahlarla hava və dəniz hücumu həyata keçirdikləri barədə məlumatı paylaşan Konaşenkov hücumların hədəfi və bütün müəyyən edilmiş obyektləri vurduğunu açıqlayıb.

Kremlin sözçüsü Dmitriy Peskov Ukrayna tərəfinin 6 "Kinjal" raketinin vurulması ilə bağlı açıqlamasını dəyərləndirərək,: "Kinjal misli görünməmiş texniki və taktiki xüsusiyyətlərə malikdir. Bunu Putin və texniki ekspertlərimiz dəfələrlə deyib. Həqiqətən də belədir", - ifadəsini işlədib.

Qeyd edək ki, Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk mayın 6-da Rusiyanın hipersəsli “Kinjal” raketini “Patriot” sistemi ilə Kiyev vilayətində vurduqlarını bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti