Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell və Aİ Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Olivier Varhelyi Türkiyə seçkiləri ilə bağlı ortaq mesajda bildiriblər: “Aİ yeni parlamentin öz vəzifələrini yerinə yetirməsini səbrsizliklə gözləyir".
Sitat.info xəbər verir ki, Türkiyədə keçirilən prezident və 28-ci dönəm parlament seçkiləri ilə bağlı bəyanatı Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell və Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Olivier Varhelyi verib.
Türkiyə xalqının seçkilərə yüksək fəallıq göstərməsindən məmnunluqlarını ifadə edən Aİ nümayəndələri açıqlamalarında: “Aİ türk xalqının seçkilərdə yüksək iştirakını alqışlayır, demokratik səsvermə hüququndan istifadə etmək öhdəliyinin bariz bir işarəsidir”, - deyə qeyd edib.
Türkiyə, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) və Avropa Şurasının nəticələrini nəzərə aldıqlarını bildirən Borrell və Varhelyi seçkilərin şəffaflığına və əhatəliliyinə önəm verdiklərinə diqqət çəkib. Yeni parlamentin fəaliyyətə başlamasını da səbirsizliklə gözlədiyini ifadə edən ikitərəfli bəyanatının sonunda Aİ yeni parlamentin öz vəzifələrini yerinə yetirməsini səbirsizliklə gözlədiyini bildirib.
Seymur Bənnayev
Sitat.info