İrandan ABŞ-a sərt reaksiya

16:34 16 May 2023

“Amerika hakimiyyətinin bəyanatlarının əksinə olaraq, ABŞ dəniz qanunlarına zidd hərəkət edən, İranın beynəlxalq sularda neft daşımalarını müsadirə edən, dəniz təhlükəsizliyi və beynəlxalq ticarəti təhlükə altına atan ölkədir”.

Sitat.info xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ-ın Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı açıqlamalarına münasibət bildirərkən deyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ-ın bəyanatlarının əksinə olaraq, İranın regional və beynəlxalq sularda dəniz təhlükəsizliyinin təmin edilməsində və Hörmüz boğazından gəmilərin təhlükəsiz keçməsində ən təsirli ölkə olduğunu bildirib.

Məlumata görə, Kənani Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin bəyanatına reaksiya verib.

Kirbinin İranın Fars körfəzi və Hörmüz boğazında dəniz nəqliyyatının təhlükəsizliyini təhlükəyə atdığına dair iddialarının əsassız olduğunu və bu cür ittihamları rədd etdiklərini ifadə edən Kenani, ABŞ-ın uzun illərdir ki, "müdaxilə və dağıdıcı" siyasətləri ilə Bəsrə (Fars) körfəzi bölgəsində “qeyri-sabitlik və etibarsızlıq” yaratdığını iddia edib.

Kənani: "Amerika hakimiyyətinin bəyanatlarının əksinə olaraq, ABŞ dəniz qanunlarına zidd hərəkətlər edən, beynəlxalq sularda İranın neft daşınmalarını ələ keçirən, dəniz təhlükəsizliyini və beynəlxalq ticarətini təhlükə altına alan və təkəbbürlə İranı ittiham edən ölkədir", - deyib.

İranın Fars körfəzi və Hörmüz boğazının təhlükəsizliyi və qorunması üçün ən uzun sərhədə malik olduğunu qeyd edən Kənani, Körfəz sularında xarici qüvvələrin mövcudluğunu naviqasiya təhlükəsizliyinə təhdid olaraq gördüklərini dilə gətirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti