ABŞ-ın Rusiyadakı səfirliyinin keçmiş əməkdaşı “sui-qəsd” ittihamı ilə saxlanılıb.
Sitat.info xəbər verir ki, TASS agentliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin Robert Şonov adlı əməkdaşını Vladivostokda saxlandığını açıqlayıb.
Xarici dövlət və ya beynəlxalq xarici təşkilatla əlbir olmaqda təqsirləndirilən Şonovun 8 ilə qədər həbs oluna biləcəyi bildirilib.
ABŞ-ın Rusiyadakı səfirliyi hazırda mövzu ilə bağlı paylaşılacaq məlumatın olmadığını açıqlayıb.
Şonov Moskvanın keçmiş "KQB" həbsxanası olan Lefortovo həbsxanasında saxlanılır.
Kənan Bənnayev
Sitat.info