Ukrayna Silahlı Qüvvələri Baxmutun 20 kvadrat kilometrini azad edib

17:59 16 May 2023

Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altındakı Donetsk vilayətinin Baxmut şəhərinin 20 kvadrat kilometrini azad edib.

Sitat.info xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Anna Malyar deyib.

Onun sözlərinə görə, Rusiya ordusu şəhərin daxilində irəliləməyə davam edir: “Şəhər toplarla yerlə-yeksan edilir”.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin daha əvvəl Baxmutda əks-hücum əməliyyatına başladığı bildirilmişdi.

Xatırladaq ki, 8 aydan çoxdur Baxmut şəhərində gərgin döyüşlər gedir.



Xəbər xətti