Şimali Koreya ilə əlaqəli haker qrupları 2017-ci ildən bəri Yaponiyadan 721 milyon dollar kriptovalyuta oğurlayıblar.
Sitat.info-nun məlumatına görə, bunu İngiltərədə yerləşən blokçeyn analitika provayderi “Elliptic”, “Nikkei” qəzeti üçün araşdırmasında bəyan edib.
Şimali Koreya ilə əlaqəli haker qruplarının 2017-ci ildən bəri Yaponiyadan 721 milyon dollar dəyərində kriptovalyuta oğurladığı bildirilir.
Bu rəqəm dünya üzrə belə itkilərin ümumi həcminin 30 faizinə bərabərdir.
Elliptic bildirib ki, Şimali Koreya 2017-2022-ci illər arasında bizneslərdən ümumilikdə 2,3 milyard dollarlıq kriptovalyuta oğurlayıb. Yaponiyadan kənarda Vyetnam 540 milyon dollar, ABŞ 497 milyon dollar, Honq Konq isə 281 milyon dollar itirib.
Araşdırmada Şimali Koreyaya bağlı haker qruplarının kriptovalyutaları hədəf almaq üçün kiberhücum üsullarından istifadə etdiyi qeyd edilib.