Ukrayna Rusiya ordusunun son gündə Ukraynanın müxtəlif bölgələrinə 31 raket hücumu təşkil etdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrindən verilən açıqlamada Rusiya ordusunun son 24 saat ərzində paytaxt Kiyev başda olmaqla Ukraynaya həyata keçirdiyi hava və raket hücumları ilə bağlı məlumat verilib.
Açıqlamada Rusiya qüvvələrinin dünən gecə yarısına yaxın Ukraynanın Mikolayiv və Konstantinivka şəhərlərinə "S300" və "Kalibr" tipli raketlərlə hücumlar təşkil etdiyi və Rusiya ordusunun son bir gündə 31 raket atdığı açıqlanıb.
Rusiya qüvvələrinin hücum zamanı 6 ədəd “Kinjal” hipersəs raketindən istifadə etdiyi qeyd edilib. 31 raketdən 2-si havada partlayıb, 25-i isə Ukrayna hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.
Seymur Bənnayev
Sitat.info