İsveçrə mətbuatı Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunun favoritinin Xalq Alyansının namizədi prezident Rəcəb Tayyib Ərdoğan olduğunu yazıb.
Sitat.info xəbər verir ki, Türkiyədə mayın 14-də keçirilən Prezident və 28-ci Dönəm Parlament Seçkiləri və 28 Mayda keçiriləcək Prezident seçkilərinin ikinci turu İsveçrə mətbuatında geniş yer tutmaqda davam edir.
Ölkədə Fransa və Almaniya qəzetlərində birinci turu birinci pillədə başa vuran prezident Ərdoğanın ikinci turun da favoriti olması ilə bağlı xəbərlər yer alıb.
Seymur Bənnayev
Sitat.info