Rusiya Finlandiya səfirliyinin və konsulluğunun bank hesablarını dondurub

17:17 17 May 2023

Rusiya Finlandiyanın Moskvadakı səfirliyinin Sankt-Peterburqdakı baş konsulluğunun bank hesablarını dondurduğunu bildirib.

Finlandiyanın "Helsingin Sanomat" qəzetinin məlumatına görə, Rusiya Finlandiyanın bu ölkədəki səfirliyinin və baş konsulluğunun bank hesablarını dondurub.

Qəzetə verdiyi açıqlamada Finlandiya Xarici İşlər Nazirliyi sözügedən hesablara daxil olmağın mümkün olmadığını təsdiqləyib.

Nazirlikdən vəziyyətin ciddi olduğunu və məsələnin araşdırıldığını bildiriblər.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti