Ukrayna Silahlı Qüvvələri Baxmut yaxınlığında irəliləməyə davam edir. Baxmut istiqamətində Ukrayna Müdafiə Qüvvələri son günlər şəhərətrafı ərazilərdə azad edilmiş təxminən 20 kvadrat kilometr ərazini itirməyib. Əksinə Ukraynanın müdafiə qüvvələri ötən sutka ərzində müdafiə əməliyyatı çərçivəsində Baxmut istiqamətində müxtəlif istiqamətlərdə 500 metrə qədər irəliləyib.
Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq Qrupunun spikeri Serhiy Çerevatı “Azadlıq” telekanalının efirində bildirib.
Çerevatı qeyd edib ki, Baxmut şəhərində şiddətli döyüşlər davam edir.
"Düşmən nəyin bahasına olursa-olsun bu şəhəri almağa çalışır. Buna görə də, sözün əsl mənasında onu yer üzündən silir ki, Müdafiə Qüvvələri şəhər binalarından istehkam kimi daha az istifadə etsin", - Çerevatı bildirib.
Nərgiz,
Sitat.info