Rusiya: "Ukraynanın sursat anbarını yüksək dəqiqlikli silahla vurduq"

18:21 17 May 2023

Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusuna məxsus Nikolayev şəhərindəki sursat anbarının dənizdən uzaq mənzilli, yüksək dəqiqlikli silahla vurulduğunu bildirib.

Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov paytaxt Moskvada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyəti ilə bağlı açıqlamalar verib.

Rusiya ordusunun Ukraynada hücumlarını davam etdirdiyini bildirən Konaşenkov: “Rusiya Silahlı Qüvvələri bu gecə dənizdən Nikolayevdə gəmi təmiri obyekti bölgəsində yerləşən böyük bir sursat anbarına uzun mənzilli, yüksək dəqiqlikli silahla sürətli hücuma keçdi. Hücumun hədəflərinə çatdı. Təyin olunmuş nöqtə vuruldu", - deyə qeyd edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti