Birləşmiş Millətlər Təşkilatı (BMT) və Türkiyənin vasitəçiliyi ilə imzalanan taxıl dəhlizi sazişinin müddəti daha 2 ay uzadılıb.
Sitat.info xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan razılaşmanın daha 2 ay uzadıldığını bu sözlərlə açıqlayıb:
“Ölkəmizin səyləri, rus və ukraynalı dostlarımızın tövhələri ilə müqavilənin daha 2 ay uzadılmasına qərar verildi”.
Qeyd edək ki, müqavilə martın 18-də başa çatanda daha 60 gün uzadılmışdı və mayın 18-də başa çatacatğı gözlənilirdi. Növbəti dəfə axıl müqaviləsinin müddəti uzadılıb.
xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən qlobal ərzaq böhranının qarşısını almaq üçün Türkiyənin təşəbbüsləri ilə ötən ilin iyul ayında İstanbulda Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Taxıl Dəhlizi Sazişi imzalanıb.
Səid İsaoğlu,
Sitat.info