Avropa İttifaqı (Aİ) Şurası növbəti Avropa Parlamenti (AP) seçkilərinin tarixini 6-9 iyun 2024-cü il tarixləri arasında təyin etdikdən sonra AP sədri Roberta Metsola Aİ vətəndaşlarını səs verməyə çağıraraq: “Səsləriniz vacibdir. Birliyin hansı yolla gedəcəyinə o qərar verəcək. Ne bir Avropanı görmək istədiyinizə o qərar verəcək”, - deyə bildirib.
Sitat.info xəbər verir ki, Avropa Şurasına növbədənkənar sədrlik edən İsveç, Şuranın növbəti AP seçkilərinin tarixini 6-9 iyun 2024-cü il olaraq təsdiqlədiyini açıqlayıb.
AP sədri Roberta Metsola, Şuranın təsdiqindən sonra yayımladığı videomüraciətdə deyib: “Növbəti Avropa seçkilərinin tarixi təyin olundu. 6-9 iyun 2024-cü il tarixləri arasında. Üzv dövlətlərdə hər bir şəxs səsverməyə gedəcək”.
Seymur Bənnayev
Sitat.info