Bayden "G7" sammitində Xisorimaya hücumla bağlı üzr istəməyəcək

12:07 18 May 2023

ABŞ prezidenti Co Baydenin G7 Liderlər Zirvəsinə getdiyi Yaponiyanın Xirosima şəhərində ölkəsinin nüvə silahından keçmiş istifadəsinə görə üzr istəməyəcəyi bildirilib.

Sitat.info xəbər verir ki, "İndependent" qəzetinin xəbərinə görə, Milli Təhlükəsizlik müşaviri Jake Sullivan, Baydenin 78 il əvvəl Xirosimada ABŞ-ın nüvə silahından istifadə etdiyinə görə "G7" sammitinə getdiyi Yaponiyada üzr istəməyəcəyini açıqlayıb.

Sullivan jurnalistlərə bildirib ki, Baydenin qatılacağı tədbirdə belə bir jest üçün uyğun mühit olmayacaq.

Jake Sullivan əlavə edib ki, Bayden həm tarixə, həm də Yaponiya Nümayəndələr Palatasının (Shuugiin) Xirosimanın Birinci Dairəsindən olan üzvü Yaponiyanın Baş naziri Kişida Fumioya hörmət əlaməti olaraq tədbirdə iştirak edəcək.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti