Zelenski Krım tatarlarının sürgününün 79-cu ildönümünü ilə bağlı paylaşım edib

13:24 18 May 2023

Ukrayna prezidenti Volodimir Zelenski Krım tatar türklərinin 1944-cü il mayın 18-də sürgün edilməsinin 79-cu ildönümü münasibətilə mesaj paylaşıb.

Sitat.info xəbər verir ki, Zelenski Krım tatar türklərinin Stalinin qərarı ilə qeyri-insani şəraitdə vaqonlarla Orta Asiyaya sürgün edilməsinin 79-cu ildönümü ilə bağlı mesajında ənənəvi geyimində çəkdirdiyi fotonu da əlavə edib.

Zelenski qeyd edib:

"79 il əvvəl bu gün sovet hakimiyyəti Krım tatarlarını deportasiya etməyə başladı. Yer üzündən silinməsi istənilən, evlərindən və həyatından məhrum edilən insanlar. Amma xalq sağ qaldı. Onlar azad yaşayacaqlar. Bu gün üzərimdə Ukrayna və Krım tatar xalqlarının birliyini simvolizə edən işləməli köynək var.  Bizim gücümüzün və öz evimizdə yaşamaq istəyimizin simvolu”.

Zelenski bu gün Ukraynada etnik naxışlı paltarların istehsalı və geyinilməsi ənənələrinin qorunub saxlanması ilə bağlı “Vişivanka Günü”nün qeyd edildiyinə də diqqət çəkib: “Builki Vişivanka Günü bizə xalqımızın nələrdən keçdiyini və mədəniyyətimizin nə qədər güclü olduğunu xatırlatmalıdır. Biz xalqlarımıza, onların gücünə və mədəniyyətinə hörmət edirik”. 

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti