ABŞ-ın Montana ştatında Çində fəaliyyət göstərən "TikTok" tətbiqindən istifadə qadağan edilib.
Sitat.info xəbər verir ki, Çin sosial media platforması "TikTok"un bütün dünyada istifadəçi məlumatlarını Çin hökuməti ilə paylaşa biləcəyi ilə bağlı narahatlıqlar davam edir. Bu səbəblə məşhur sosial media tətbiqi "TikTok" ABŞ-ın Montana ştatında qadağan edilib.
Əyalət qubernatoru Greg Gianforte verdiyi açıqlamada: “Montanasın şəxsi məlumatlarını Çin Kommunist Partiyasından qorumaq üçün Montanada "TikTok"u qadağan etdim. Çin Kommunist Partiyası "TikTok"dan amerikalılara casusluq etmək və onların şəxsi məlumatlarını toplamaq üçün istifadə edir. Ştatdakı TikTok qadağası Gianfortenin imzası ilə qüvvəyə minib. Beləliklə, Montana ABŞ-da "TikTok"dan istifadəni qadağan edən ilk ştat olub.
Seymur Bənnayev
Sitat.info