Rusiya Ukrayna mövqelərini artilleriya mərmiləri ilə vurub

13:38 18 May 2023

Rusiya Müdafiə Nazirliyi aşkarlanmış Ukrayna mövqelərinin artilleriya mərmiləri ilə vurulduğunu açıqlayıb. Rus əsgərlərinin atəş açdığı anlar kameralara əks olunub.

Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada artilleriya bölmələrinin Qərb Hərbi Dairəsində Ukrayna mövqelərini aşkar edərək, onları artilleriya atəşi ilə hədəfə aldığı açıqlanıb.

Nazirlik tərəfindən paylaşılan görüntülərdə rus əsgərlərinin 152 millimetrlik "Giatsint-S" tipli silahlarla atəş açdığı anlar yer alıb.

Kənan

Sitat.info




Xəbər xətti