Putin: Bu il 55-60 milyon ton taxıl ixrac edəcəyik

15:59 18 May 2023

Rusiya prezidenti Vladimir Putin, sanksiyalara baxmayaraq, keçən il 41,6 milyard dollarlıq kənd təsərrüfatı məhsulları ixrac etdiklərini ifadə edərək: "Bu il taxıl ixracımızın 55-60 milyon ton civarında olmasını gözləyirik", - deyib.

Sitat.info xəbər verir ki, Rusiyanın kənd təsərrüfatı sektoru rəsmiləri ilə görüşdüyü toplantıda Putin ötən il ölkəsində rekord məhsul əldə edildiyini bildirib.

2022-ci ildə cəmi 158 milyon ton taxıl yığıldığına diqqət çəkən Putin: "Bu, müasir tariximizdə ilk məhsul səviyyəsidir", - deyə qeyd edib.

Rusiyanın sanksiyalara baxmayaraq taxıl ixracatını davam etdirdiyini açıqlayan Putin: “Xarici ticarətdəki maneələrə baxmayaraq, Rusiya keçən il kənd təsərrüfatı məhsulları ixracını 41,6 milyard dollara çatdıra bildi. Bu il taxıl ixracımızın 55-60 milyon ton civarında olacağını gözləyirik”, - deyə bildirib.

Qeyd edək ki, qlobal taxıl bazarında 19 faiz paya malik Rusiya dünyanın ən böyük taxıl bazarıdır.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti