Cənubi Koreya: "Şimal hərbi casus peyki buraxarsa, şiddətli cavab veriləcək"

16:06 18 May 2023

Cənubi Koreya Xarici İşlər Nazirliyinin sözçüsü Lim Soo-suk vurğulayıb ki, Şimali Koreyanın regionda gərginliyin artması riski daşıyan bu addımı BMT Təhlükəsizlik Şurasının ballistik raket texnologiyası ilə bağlı hər hansı buraxılışı qadağan edən çoxsaylı qətnamələrini pozacaq.

“Hökumətimiz beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək Şimali Koreyanın təxribatlarına sərt cavab verəcək”, - deyə Lim bildirib.

Sözçü, Şimalın orbitə çıxarmağı planlaşdırdığı peykin “regional sülh və təhlükəsizliyi açıq şəkildə təhdid edən qeyri-qanuni hərəkət” olduğunu vurğulayıb.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In dünən ölkənin ilk hərbi casus peykinin yerləşdiyi obyektdə yoxlama aparıb.

Kənan

Sitat.info



Xəbər xətti