Yaponiyada G7 sammiti işə başlayır

16:12 18 May 2023

Yaponiyanın Xirosima şəhərində sabah başlayacaq G7 Liderlər Zirvəsi öncəsi 24 min polis yerləşdirilib.

Sitat.info xəbər verir ki, Yaponiyanın Xirosima şəhərində G7 Liderlər Zirvəsi keçirilir. Sabah başlayacaq sammit öncəsi Xirosimada təhlükəsizlik tədbirləri alınıb. Yaponiya Polis Xidməti Xirosimada keçirilən sammitin təhlükəsizliyini təmin etmək üçün 3000 polis əməkdaşı ilə yanaşı ətraf əyalətlərdən də 21 min personalın yerləşdirildiyini açıqlayıb.

G7 ölkələrinin liderlərinin təhlükəsizliyini təmin etmək məqsədilə sammitin keçiriləcəyi "Grand Prince Hotel" və onun ətrafındakı bir çox yollar terror hüxumları riski səbəbi ilə müvəqqəti olaraq nəqliyyatın hərəkətinə, qatar stansiyalarındakı şkaflar isə müvəqqəti olaraq istifadədən çıxarılıb. 

Zirvə zamanı mülki nəqliyyat vasitələrinin hərəkətini yarıya endirməyi hədəfləyən Xirosima Qubernatorluğu əhaliyə şəxsi avtomobilləri ilə səyahət etməmək barədə xəbərdarlıq edib. Ticarət vasitələrinin sürücülərindən trafik məhdudiyyətləri daha az olduqda saat 00:00-dan 06:00-a qədər tərk etmələri istənilib. “Grand Prince” otelinin marşrutu üzərindəki 140-a yaxın məktəb nəqliyyat məhdudiyyətlərinin şagird və müəllimlərin daşınmasına mənfi təsir göstərəcəyi səbəbi ilə müvəqqəti bağlanıb, bəzi fabriklər isə xidmətlərini dayandırıb.

Kənan

Sitat.info



Xəbər xətti