Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukraynada gecə saatlarında həyata keçirdikləri hücumlarda uzaqmənzilli yüksək dəqiqlikli raketlərlə Ukrayna ordusuna məxsus əhəmiyyətli miqdarda silah və sursat ehtiyatını vurduğunu bildirib.
Sitat.info xəbər verir ki, Konaşenkov Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı açıqlamalar verib.
Ukraynada müəyyən hədəflərə hücum etdiklərini qeyd edən Konaşenkov deyib: “Bu gün Rusiya Silahlı Qüvvələri dənizdən və havadan yüksək dəqiqliyə malik uzaqmənzilli raketlərlə qrup hücumları həyata keçirib. Bütün müəyyən edilmiş obyektlər vuruldu. Hücumlar nəticəsində Ukrayna Silahlı Qüvvələrinin xeyli sayda silah və sursat ehtiyatı məhv edilib, ehtiyatda olan qoşunların münaqişə zonasında irəliləməsinin qarşısı alınıb".
Donetsk istiqamətində rus hücum dəstələrinin hava-desant qüvvələrinin dəstəyi ilə Baxmutu nəzarətdə saxlamaq üçün qarşıdurmaları davam etdirdiyinə işarə edən Konaşenkov, Çasov Yar Boqdanovka yaşayış məntəqələrində Ukrayna ordusunun canlı qüvvəsini və hərbi texniki maşınlarını aviasiya və artilleriya hücumları ilə vurduqlarını bildirib.
Konaşenkov bildirib ki, son sutkada təyyarələr bu bölgədə 72 artilleriya atəşi açıb.
Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus "Su-24" model döyüş təyyarəsini Slavyansk qəsəbəsi yaxınlığında vurduğunu qeyd edən Konaşenkov, həmçinin, öz hava hücumundan müdafiə sistemləri ilə Ukraynanın "Mi-8" model hərbi helikopterini Zaporojye vilayətinin Novopavlovka qəsəbəsi yaxınlığında vurduqlarını qeyd edib.
Seymur Bənnayev
Sitat.info