Əziz Əlibəyli: "Zəngəzur dəhlizinin açılmasına ehtiyac yaranıb"

19:19 18 May 2023

"Brüsseldə əldə olunmuş razılığı Rusiyada bir daha təsdiləməyimiz çox yaxşı bir tendensiyadır.  Elə hesab edirəm ki, beynəlxalq şərait imkan verəcək ki, müqavilə dərhal imzalansın. Qlobal yol Zəngəzurdan keçməklə fəaliyyətinə başlasın. Əlbəttə ki, münaqişəli vəziyyət qaldıqca münaqişəni "domino" edən Rusiya və ya bundan istifadə etməyə çalışan digər güclər üçün də müsbət nəticə verməyəcək. Bu əlavə münaqişə ocaqlarının yaranması əlavə güc sərfiyyatı tələb edir".

Bu sözləri Sitat.info-ya açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli deyib.

O vurğulayıb ki, indiki şəraitdə  Azərbaycanın Laçın yolunda nəzarət-buraxılış məntəqələri qurması, antiterror əməliyyatları ilə bağlı mesaj verməsi, Ermənistanla bağlı delimitasiya və demarkasiya məsələlərini şifahi və hüquqi şəkildə həyata keçirə bilməsi, hər ikisi tərəfin biri-birinin ərazi bütövlüyünü tanıması prosesi xeyli dərəcədə asanlaşdırır: "Hazırda Çindən malların ixracının Zəngəzurdan keçməklə Avropaya, Böyük Britaniyaniyaya getməsinə təcili ehtiyac yaranıb. Çin limanlarından gətirilib Ələt limanına yığılan bəlkə də milyardlarla dəyəri olar yüklərin çatdırılması lazımdır. Alternativ marşrutlar böyük xərclər tələb edir. Dünya da müharibələrə görə gün ərzində milyardlarla dollar itirir. Bu Ermənistan üçün də önəmlidir. Ermənistanların bu münasibətlərə görə itirdiyi illik maliyyə itkisi 3-4 milyard dollar civarındadır".

Seymur Bənnayev,

Sitat.info



Xəbər xətti