Ermənistan ordusunun döyüş postunda daha bir erməni əsgərin meyiti tapılıb. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, 17 mart saat 10.30 radələrində ökənin cənub istiqamətindəki hərbi hissələrində yerləşən hərbi hissələrdən birinin ərazisində sıravi Eduard Razmikoviç Rustamyanın (2003) meyiti aşkar edilib.
Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, ötən gecə daha bir əsgərin güllə yarası almış meyiti döyüş postunda tapılıb. Ermənistan Müdafiə Nazirliyi hadisədə Azərbaycanın əlinin olmadığını açıqlayıb.