Ukrayna XİN: "İndi əməldə də birlik var"

19:32 18 May 2023

Ukrayna xarici işlər naziri Dmitro Kuleba Krımın 2014-cü ildə qeyri-qanuni olaraq Rusiya tərəfindən ilhaq edildiyini və o dövrdə "birliyin" sözdə və əməldə əldə edilə bilməyəcəyini ifadə edərək deyib: "İndi davam edən müharibə ilə 2014-cü il arasında fərq var. O dövrdə birlik sözdə idi və Rusiya buna görə uğur qazanmışdı. İndi əməldə də birlik var".

Sitat.info xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bu sözləri Polşa Beynəlxalq Münasibətlər İnstitutunun təşkil etdiyi  konfransına videokonfrans vasitəsilə qoşularaq deyib.

Rusiyaya qarşı müharibənin birlik olmadan qalib gəlməyəcəyini vurğulayan Kuleba bildirib ki, Ukrayna ilk növbədə öz şərtləri ilə Rusiyaya qalib gəlməlidir.

Kənan

Sitat.info



Xəbər xətti